Azərbaycan Burundi qaçqınlarına yardım ayırıb

Azərbaycan Burundi qaçqınlarına yardım ayırıb

Azərbaycan Burundi qaçqınlarına yardım ayırıb

person access_time 1 ay əvvəl
thumb_up 546 thumb_down 14 visibility3485

Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırıb.

Bu barədə  Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Nazirlikdən bildirilib ki, qərar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq qəbul olunub.

Sözügedən vəsait Tanzaniya, Konqo Demokratik Respublikası, Ruanda və Uqandada məskunlaşmış Burundi qaçqınlarının təcili humanitar tələbatının qarşılanması, onların öz ölkələrinə qayıdışının təşviq edilməsi və cəmiyyətə reinteqrasiya olunması kimi fəaliyyətlərin dəstəklənməsinə yönəldiləcəkdir.

Qeyd edək ki, BMT QAK “2019-2020-cu illər üzrə Burundi Qaçqınlarına Regional Yardım Planı”nı təqdim edərək nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi üçün 296,4 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin tələb olunduğunu açıqlayıb, Burundi qaçqınlarının qida, tibbi yardım, uşaqların təhsil və sair kimi təcili humanitar tələbatının qarşılanması məqsədilə üzv dövlətlərə müraciət edib..report

Xəbərlər

Prezidentdən 20 milyonluq SƏRƏNCAM

Prezidentdən 20 mily...

access_time3 gün əvvəl
Tramp İranı təhdid etdi:

Tramp İranı təhdid e...

access_time3 gün əvvəl
İham Əliyev Radek Vondraçeki qəbul etdi - Yeniləndi

İham Əliyev Radek Vo...

access_time1 həftə əvvəl
zoom_in zoom_out