Azərbaycanda baş verən fövqəladə hadisələrdə 38 nəfər ölüb

Azərbaycanda baş verən fövqəladə hadisələrdə 38 nəfər ölüb

Azərbaycanda baş verən fövqəladə hadisələrdə 38 nəfər ölüb

person access_time 1 ay əvvəl
thumb_up 342 thumb_down 13 visibility4382

Azərbaycanda bu ilin 3 ayı ərzində baş vermiş fövqəladə hadisələrin statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  verilən məlumata görə, 2019-cu ilin I rübü ərzində respublika ərazisində 2040 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin I rübü ilə müqayisədə 552 hadisə və ya 37% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 38 nəfər ölüb, 76 nəfər xəsarət alıb. FHN xilasediciləri tərəfindən 35 nəfər xilas edilib, 611 nəfər təxliyə olunub.

Statistikaya görə, 2019-cu ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1965 çıxış edilib. Yanğın hadisələri zamanı 29 nəfər ölüb, 49 nəfər xəsarət alıb. Bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 14 nəfər və ya 33% azdır. Xəsarət alanlar üzrə 18 nəfər və ya 58% çoxdur. Yanğınların söndürülməsi zamanı 33 nəfər xilas edilib, 478 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

Həmçinin, bu ilin I rübü ərzində respublika ərazisində 23 partlayış hadisəsi baş verib ki, bu da 2018-ci ilin I rübü ilə müqayisədə 2 hadisə və ya 10% çoxdur. Partlayışlar zamanı 8 nəfər ölüb, 27 nəfər xəsarət alıb..yenicag

Xəbərlər

Nazir polkovniki vəzifəsindən azad etdi

Nazir polkovniki vəz...

access_time15 saat əvvəl
Fərqinə Var!

Fərqinə Var!...

access_time1 gün əvvəl
Babək prospektində yol çökdü - SƏBƏB

Babək prospektində y...

access_time2 gün əvvəl
zoom_in zoom_out