Soğanın qiyməti ucuzlaşmayacaq - Səbəb

Soğanın qiyməti ucuzlaşmayacaq - Səbəb

Soğanın qiyməti ucuzlaşmayacaq - Səbəb

person access_time 5 gün əvvəl
thumb_up 453 thumb_down 13 visibility3431

İranda iqlim şəraiti dəyişmədikcə, soğanın qiyməti baha olacaq.

Hürriyət Azərbaycan xəbər verir ki, bunu İranın şərqində yerləşən Rəzəvi Xorasanı vilayəti Kənd Təsərrüfatı İdarəsinin rəhbəri Nəcəfqulu Salehi deyib.

N.Salehinin sözlərinə görə, İranda soğanın yetişdirilməsində hər hansı problem yoxdur. Yeganə problem yağıntılardır və bu, soğanın yığımına mane olur.

İranın kənd təsərrüfatı nazirinin müavini Abbas Keşavərz isə kənd təsərrüfatına dəyən ziyanın detallarına aydınlıq gətirib.

A.Keşavərzin sözlərinə görə, sel və daşqınlar təxminən 1 milyon hektar sahəyə ziyan vurub.

Nazir müavini bildirib ki, Xuzistan, Lorestan, Gülüstan, Mazandaran, İlam və Kirmanşah vilayətlərinin bağ və əkin ərazilərinə ciddi şəkildə ziyan dəyib.

İranda mart ayının ortalarından başlayan yağıntılar soğan və kartof kimi kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirib çıxarıb. Belə ki, soğan 150 min riala (təxminən 3,57 dollar) bahalaşıb. Bununla əlaqədar İranın Sənaye, Mədən və Kənd Təsərrüfatı Nazirliyi aprel 4-dən soğanla yanaşı, kartofun da ixracına qadağa tətbiq edib.

Xəbərlər

Fransada etirazlar: “Sarı jiletlilər” yenidən üsyana qalxdı

Fransada etirazlar: ...

access_time1 gün əvvəl
Ayrıldığı sevgilisini və anasını öldürdü - Özü isə intihar etdi

Ayrıldığı sevgilisin...

access_time1 gün əvvəl
Ayrıldığı sevgilisini və anasını öldürdü - Özü isə intihar etdi

Ayrıldığı sevgilisin...

access_time1 gün əvvəl
zoom_in zoom_out