Q7 "Beşiktaş"dan gedir

Q7

Q7 "Beşiktaş"dan gedir

person access_time 6 gün əvvəl
thumb_up 345 thumb_down 8 visibility3466

Türkiyənin “Beşiktaş” klubunun üzvü Rikardo Quareşma “Porto” ilə razılığa gəlib.

Hürriyət Azərbaycan xəbər verir ki, müalicə üçün ölkəsinə gedən portuqaliyalı ulduz transfer xəbərini klub rəhbərliyinə göndərib.

Beləliklə 35 yaşlı futbolçu yeni mövsümdən “Beşiktaş”da çıxış etməyəcək. “Fanatik” isə Q7-nin keçmiş komandasında 1 mövsüm oynadıqdan sonra aktiv futbolla vidalaşacağını yazıb.

Qeyd edək ki, “Sporting”,”Barselona”, “İnter” və “Çelsi” kimi böyük klublarda oynayan Q7 kariyerası boyunca ən çox “Beşiktaş”ın formasını geyinib. Quareşma bu komanda ilə 221 oyunda meydanda olub, 36 qol vurub, 71 qolun ötürməsini verib. “Porto” ilə 216 oyun keçirən ulduz futbolçu 49 qol vurub, 56 qolun ötürməsini edib.

Xəbərlər

Çempionlar Liqasında həftənin rəmzi komandası

Çempionlar Liqasında...

access_time1 gün əvvəl

"Yuventus"a daha bir...

access_time2 gün əvvəl
“Qarabağ” növbəti matçına çıxır

“Qarabağ” növbəti ma...

access_time3 gün əvvəl
zoom_in zoom_out