Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

person access_time 1 həftə əvvəl
thumb_up 657 thumb_down 10 visibility4373

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 13 apreldə gözlənilən hava şəraitini açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-20, Bakıda gecə 9-11, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Xəbərlər

Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?

Qeyri-sabit hava şər...

access_time1 gün əvvəl
Azərbaycanda baş verən fövqəladə hadisələrdə 38 nəfər ölüb

Azərbaycanda baş ver...

access_time1 gün əvvəl
Bakıda evdən oğurluq edən yeniyetmə tutuldu

Bakıda evdən oğurluq...

access_time1 gün əvvəl
zoom_in zoom_out