XİN-dən Paşinyana cavab: "Əgər "A" deyilirsə, “B” də deyilməlidir"

XİN-dən Paşinyana cavab:

XİN-dən Paşinyana cavab: "Əgər "A" deyilirsə, “B” də deyilməlidir"

person access_time 1 həftə əvvəl
thumb_up 342 thumb_down 5 visibility4379

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın fikirlərinə münasibət bildirib.

XİN-in mətbuat xidmətindən  bildirilib ki, Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi “sülh mühitinin yaradılması” Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil: “Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir. Əgər “A” deyilirsə, “B” də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır. Bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətidir, nəticələr isə, sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla yerdə qalan digər məsələlərdir. Bu, bir aksiomdur”..yenicag

Xəbərlər

Zakir Həsənovdan türkiyəli həmkarına başsağlığı

Zakir Həsənovdan tür...

access_time1 gün əvvəl
İlham Əliyev Notr-Dam-la bağlı yazdı - Baş verən yanğından dərindən kədərləndim

İlham Əliyev Notr-Da...

access_time5 gün əvvəl
Diqqətlər Moskvaya: Məmmədyarov Mnatsakanyanla görüşür

Diqqətlər Moskvaya: ...

access_time6 gün əvvəl
zoom_in zoom_out