STP Azərbaycan tarixində ən iri kabel ixracını həyata keçirir

STP Azərbaycan tarixində ən iri kabel ixracını həyata keçirir

STP Azərbaycan tarixində ən iri kabel ixracını həyata keçirir

person access_time 1 həftə əvvəl
thumb_up 546 thumb_down 12 visibility6606

2019-cu ilin mart ayında Sumqayıt Texnologiyalar Parkı ölkə tarixindəki ən irihəcmli kabel ixracı əməliyyatını həyata keçirməyə başlayıb.

Qurumun İctimaiyyətlə Əlaqələr üzrə Meneceri Rəşad Əliyevin verdiyi məlumata görə, bugünədək davam edən prosesdə idxalçı tərəf kimi Qazaxıstan Respublikası çıxış edir və artıq6 avrofuraməhsul sifarişçi ölkəyə yola salınıb. Müqaviləyə əsasənSTP sifarişçiyə ümumilikdə 77 avrofuraalçaq gərginlikli olmaqlazirehli və zirehsiz müxtəlif növ kabel məhsulları göndərəcək.

2017-ci ilin oktyabr ayından başlayaraq ictimaiyyətə açıq şəkildə keçirilənvə bu ilin yanvar ayında Texnoparkın qələbəsi ilə nəticələnən tenderdə Azərbaycan ilə yanaşı Almaniya, Çin və Türkiyə kimi ölkələrdən ciddi rəqib şirkətlər iştirak edib.

Qeyd edək ki, ümumi dəyəri 5 milyon ABŞ dolları olan bu müqaviləyə əsasən ixrac olunacaqməhsullarQazaxıstanın Aktoqay Dağ Mədən Kombinatının genişləndirilməsində istifadə ediləcək. İlin sonuna qədər isə daha 3 müqavilənin bağlanması ilə ümumi ixrac məbləğinin 7 milyon ABŞ dollarını ötməsiproqnozlaşdırılır.

Xatırladaq ki, bu, Texnoparkın Qazaxıstan iləilk əməkdaşlığı deyil. Daha əvvəllər də STP adı çəkilən ölkə ilə bir sıra uğurlumüqavilələrə imza atıb;Şımkənt şəhərini elektrik enerjisi ilə təmin edən“BURIL” Yarımstansiyasının tikintisi, Temirtau şəhərində yerləşən məşhur “ArcelorMittal” şirkətinə məxsus metallurgiya bazasının genişləndirilməsi, Orta Qazaxıstan Vilayətinin ən böyük alış-veriş mərkəzi olan “Kızılorda”Plazanın tikintisi vəAstana şəhərində “Astana-2” yarımstansiyasının bərpa işləri zamanıedilən əməkdaşlıqlar STP-nin Qazaxıstan portfelində əhəmiyyətli yerə sahibdir.

STP-nin Kabel Zavodu2009-cu ildən fəaliyyət göstərir və yarandığı gündən istehsal həcmi və məhsul çeşidinə görəregionun ən iri kabel istehsalçısıdır.Zavod həmçininİfrat gərginlikli elektrik kabelləri, LAN və Fiberoptik kabel məhsullarınınregionda yeganə istehsalçısıdır.Xüsusilə vurğulamaq lazımdırki,500 Kv-luq ifrat gərginlikli kabellərdünyada cəmi 6 ölkədə istehsal olunur.

Qeyd edək ki, regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə yanaşıxarici bazara da kifayət qədər məhsul ixrac etmək iqtidarındadır. Hazırda şirkətdə 2000 nəfər çalışır və Texnoparka daxil olan bütün müəssisələr Avropa və Yaponiya istehsalı olan ən yeni texnoloji avadanlıqlar ilətəchiz olunublar. Həmçinin Texnoparkın bütün zavodlarında Avropa istehsalı olan laboratoriyalar mövcuddur və onlar AZS ISO/IEC 17025-2009 standartlarına uyğun şəkildə akkreditə olunublar.

Xəbərlər

Azərbaycanda əhalinin gəlirləri 5,5 faiz artdı

Azərbaycanda əhalini...

access_time1 gün əvvəl
Aprelin 22-ə manatın məzənnəsi açıqlanıb - RƏSMİ

Aprelin 22-ə manatın...

access_time1 gün əvvəl
Bu il Azərbaycan iqtisadiyyatını nə gözləyir?

Bu il Azərbaycan iqt...

access_time2 gün əvvəl
zoom_in zoom_out