Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşlarla görüş keçirib

Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşlarla görüş keçirib

Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşlarla görüş keçirib

person access_time 1 həftə əvvəl
thumb_up 387 thumb_down 11 visibility4373

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, aprelin 11-də BeyləqanQusarLerikSaatlı rayon sakinləri və Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşlər keçirilib.

Hürriyət Azərbaycan  xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Dövlətimizin başçısının da dediyi kimi, yürüdülən siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Həmçinin görüşlərdə məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Aprelin 25-də Prezident Administrasiyasının məsul işçiləri GəncəGoranboyQobustanSamux və Zaqatalada da vətəndaşları qəbul edəcəklər./metbuat

Xəbərlər

Zakir Həsənovdan türkiyəli həmkarına başsağlığı

Zakir Həsənovdan tür...

access_time1 gün əvvəl
İlham Əliyev Notr-Dam-la bağlı yazdı - Baş verən yanğından dərindən kədərləndim

İlham Əliyev Notr-Da...

access_time5 gün əvvəl
Diqqətlər Moskvaya: Məmmədyarov Mnatsakanyanla görüşür

Diqqətlər Moskvaya: ...

access_time6 gün əvvəl
zoom_in zoom_out