AŞPA-nın yaz sessiyası başlayır - Aprelin 8-dən

AŞPA-nın yaz sessiyası başlayır - Aprelin 8-dən

AŞPA-nın yaz sessiyası başlayır - Aprelin 8-dən

person access_time 2 həftə əvvəl
thumb_up 587 thumb_down 7 visibility4392

14-dək Strasburqda səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən  bildirilib ki, nümayəndə heyətinə Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə və Sabir Hacıyev daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri, BMT-nin “2030-cu il davamlı inkişaf” proqramı çərçivəsində əməkdaşlıq, Avropa İttifaqının demokratiya, qanun və fundamental hüquqlar üzrə formalaşdırılması, siyasi liderlərin rolları və cavabdehlikləri, Assambleyanın prosedur qaydalarının dəyişdirilməsi, Mərakeş parlamenti ilə demokratiya çərçivəsində əməkdaşlıq, cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlar, sosial media: ictimai mövzular və insan hüquqları üçün təhdidlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində aprelin 9-da AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin və Azərbaycanın AŞPA yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” mövzusunda tədbir də keçiriləcək.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər./yenicag

Xəbərlər

Zakir Həsənovdan türkiyəli həmkarına başsağlığı

Zakir Həsənovdan tür...

access_time1 gün əvvəl
İlham Əliyev Notr-Dam-la bağlı yazdı - Baş verən yanğından dərindən kədərləndim

İlham Əliyev Notr-Da...

access_time5 gün əvvəl
Diqqətlər Moskvaya: Məmmədyarov Mnatsakanyanla görüşür

Diqqətlər Moskvaya: ...

access_time6 gün əvvəl
zoom_in zoom_out