Sumqayıtda dəhşət! Kişi ailəsinin gözü önündə özünü yandırdı

Sumqayıtda dəhşət!

Sumqayıtda dəhşət! Kişi ailəsinin gözü önündə özünü yandırdı

person access_time 2 həftə əvvəl
thumb_up 546 thumb_down 14 visibility4391

Sumqayıt sakini ailə üzvlərinin gözü qarşısında özünü yandırıb.

Hürriyət Azərbaycan bildirir ki, bu barədə şəhər polis idarəsindən məlumat verilib. Aprelin 2-də, gecə saatlarında 58 yaşlı Dadaşov Kamil İmaməddin oğlu yaşadığı evdə üzərinə benzin tökərək, özünü oda verib.

Bu zaman K.Dadaşovun yaxınları evdə olub. Onlar qorxulu mənzərəni görən kimi dərhal müdaxilə edərək, alovu söndürüblər. Zərərçəkən xəstəxanaya çatdırılıb.

Əldə olunan məlumata görə, K.Dadaşovun bədəninin 70 faizi yanıb, onun sağ qalacağına ümid azdır.

Həmin şəxsin özünü yandıran zaman içkili vəziyyətdə olduğu müəyyən edilib. K.Dadaşovun yaxınları onun spirtli içki alüdəçisi olduğunu təsdiq edib. Sumqayıt sakininin həmin gün intihar etməyə çalışdığı güman edilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Olke.az

Xəbərlər

Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?

Qeyri-sabit hava şər...

access_time1 gün əvvəl
Azərbaycanda baş verən fövqəladə hadisələrdə 38 nəfər ölüb

Azərbaycanda baş ver...

access_time1 gün əvvəl
Bakıda evdən oğurluq edən yeniyetmə tutuldu

Bakıda evdən oğurluq...

access_time1 gün əvvəl
zoom_in zoom_out