BVF-nın Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi

BVF-nın Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi

BVF-nın Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi

person access_time 1 həftə əvvəl
thumb_up 347 thumb_down 12 visibility4561

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsinə Natalia Tamirisa təyin edilib.

Hürriyət Azərbaycan xəbər verir ki, bunu Report-a fondun Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.

O deyib ki, Natalia Tamirisa BVF-nın Azərbaycan nümayəndəliyinin rəhbəri olaraq vəzifəsinin icrasına 2019-cu ilin yanvar ayından başlayıb: “Təyinatı barədə Azərbaycan tərəfi xəbərdar edilmişdi”.

A.Qədirli yeni rəhbərin rəsmi təqdimatının tarixini açıqlamayıb.

Qeyd edək ki, nümayəndəliyin əvəvlki rəhbəri Məhəmməd əl Qorçu həmin vəzifədə 2015-ci il noyabrın 10-dan çalışıb.

Bakı ofisinin rəhbəri həmçinin N.Tamirisanın fondun Yaxın Şərq və Mərkəzi Asiya ölkələri Departamentinin müşaviri olduğunu diqqətə çatdırıb: “Yaxın Şərq və Mərkəzi Asiya Departamentində bir neçə il ərzində regional tədqiqatlar şöbəsinin başçısı işlədiyinə görə Qafqaz və Mərkəzi Asiya regionlarındakı iqtisadi vəziyyətə yaxından bələd olan Tamirisa BVF-də çalışdığı 20 il ərzində iqtisadi siyasətə dair bir çox mövzunu, o cümlədən “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı icmalları, erkən xəbərdarlıq çalışmalarını işləyib. Həmçinin Çex Respublikası, Avrozona, Malayziya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistanda çalışmış N.Tamirisanın elmi məqalələri beynəlxalq kapital axınları, makroiqtisadi proqnoz kimi mövzuları əhatə edir. Havayi Universitetində iqtisadi elmlər namizədi elmi dərəcəsi əldə edib”.

1992-ci il sentyabrın 18-dən BVF üzvü olan Azərbaycan 2006-cı ildən etibarən bu təşkilatdan kredit almayaraq məsləhətləşmələr və maktoiqtisadi siyasətlə bağlı texniki missyalar çərçivəsində əməkdaşlıq edir..yenicag

Xəbərlər

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan ...

access_time12 saat əvvəl
Bakının bu ərazilərində işıq olmayacaq - Xəbərdarlıq

Bakının bu əraziləri...

access_time1 gün əvvəl
Martın 27-nə manatın məzənnəsi -

Martın 27-nə manatın...

access_time2 gün əvvəl
zoom_in zoom_out