İlham Əliyev Albaniya prezidenti ilə görüşdü

İlham Əliyev Albaniya prezidenti ilə görüşdü

İlham Əliyev Albaniya prezidenti ilə görüşdü

person access_time 1 həftə əvvəl
thumb_up 466 thumb_down 12 visibility4377

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyev Albaniya Prezidenti İlir Metaya Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Forumun beynəlxalq miqyasda iştirakçılarının sayının artdığını bu tədbirin nüfuzunun yüksəlməsinin göstəricisi kimi dəyərləndirdi. Bu Forumun beynəlxalq məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin müzakirəsi üçün geniş imkanlar yaratdığını dedi.

Dövlətimizin başçısı TAP layihəsinə toxunaraq qeyd etdi ki, tikinti işləri uğurla gedir və son mərhələdədir. Prezident İlham Əliyev vurğuladı ki, bu layihə həm də ölkələrimizi və xalqlarımızı birləşdirir. Prezident İlham Əliyev Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərə önəm verdiyini dedi.

VII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunan Albaniya Prezidenti İlir Meta bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verdiyini bildirdi. İkitərəfli münasibətlərin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. O, ölkəmizdə böyük dəyişikliklərin şahidi olduğunu dedi.

TAP layihəsinə toxunan Albaniya Prezidenti də işlərin uğurla getdiyini təsdiq etdi. Prezident İlir Meta Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində əlaqələrin genişləndirilməsində, həmçinin Azərbaycanın Albaniyada daxili qazlaşdırma sisteminin yaradılmasında ölkəsinin maraqlı olduğunu bildirdi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri, bir-birini dəstəklədikləri vurğulandı. Qarşılıqlı ticarətin genişləndirilməsi, ixrac-idxal imkanlarının araşdırılması, biznes qurumları arasında əməkdaşlığın qurulması və digər məsələlər barədə fikir mübadiləsi aparıldı..yenicag

Xəbərlər

Ərdoğan Trampa meydan oxuyur - “Deyli Ekspress”

Ərdoğan Trampa meyda...

access_time10 saat əvvəl
Putindən təcili qərar - Təhlükəsizlik Şurasının iclası çağırıldı

Putindən təcili qəra...

access_time11 saat əvvəl
Angela Merkel ilə Donald Tramp arasında telefon danışığı olub

Angela Merkel ilə Do...

access_time13 saat əvvəl
zoom_in zoom_out