İlham Əliyev ABŞ-ın yeni səfiri ilə görüşdü - -FOTO

İlham Əliyev ABŞ-ın yeni səfiri ilə görüşdü -

İlham Əliyev ABŞ-ın yeni səfiri ilə görüşdü - -FOTO

person access_time 1 həftə əvvəl
thumb_up 589 thumb_down 8 visibility4503

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edib.

Hürriyət Azərbaycan  xəbər verir ki, Örl Litzenberqer fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

Örl Litzenberqer Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edib və fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin daha da inkişafı məqsədilə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Örl Litzenberqeri ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və onun səfir kimi fəaliyyəti dövründə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da genişlənəcəyinə və inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev və səfir Örl Litzenberqer Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olması və uğurlu inkişafından məmnunluq ifadə ediblər.

Səfir Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsini və həmçinin bu əməliyyat əsnasında göstərdiyi logistik və nəqliyyat dəstəyinin ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Söhbət zamanı siyasi əlaqələr, enerji təhlükəsizliyi, ticarət, demokratik inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb, humanitar sahədə, o cümlədən insanlar arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib, Prezident İlham Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırdı. Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır.

Prezident İlham Əliyev və səfir Örl Litzenberqer Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin gələcək inkişafı və daha çox sahələri əhatə etməsinin önəmi barədə fikir mübadiləsi aparıblar..yenicag

Xəbərlər

Ərdoğan Trampa meydan oxuyur - “Deyli Ekspress”

Ərdoğan Trampa meyda...

access_time11 saat əvvəl
Putindən təcili qərar - Təhlükəsizlik Şurasının iclası çağırıldı

Putindən təcili qəra...

access_time11 saat əvvəl
Angela Merkel ilə Donald Tramp arasında telefon danışığı olub

Angela Merkel ilə Do...

access_time13 saat əvvəl
zoom_in zoom_out