“Azəriqaz” abonentlərinin sayı artdı - Rəsmi

“Azəriqaz” abonentlərinin sayı artdı - Rəsmi

“Azəriqaz” abonentlərinin sayı artdı - Rəsmi

person access_time 2 ay əvvəl
thumb_up 342 thumb_down 5 visibility3458

2019-cu ilin yanvar-fevral ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 21 575 yeni abonent qeydiyyata alınıb ki, bunun da 8 858-i Bakı, Abşeron və Sumqayıt, 12 717-i isə regionlar üzrədir.

İstehsalat Birliyindən  verilən məlumata görə, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olmuşdur.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərmişdir. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 208 087-ə çatmışdır./yenicag

Xəbərlər

Azərbaycanda dizel yanacağının istehsalı 2% artıb

Azərbaycanda dizel y...

access_time1 gün əvvəl
Manatın məzənnəsi sabit qaldı

Manatın məzənnəsi sa...

access_time1 gün əvvəl
Manatın məzənnəsi dəyişmədi

Manatın məzənnəsi də...

access_time2 gün əvvəl
zoom_in zoom_out