Bakı Dövlət Universitetinə yeni rektor təyin edilib

Bakı Dövlət Universitetinə yeni rektor təyin edilib

Bakı Dövlət Universitetinə yeni rektor təyin edilib

person access_time 1 həftə əvvəl
thumb_up 588 thumb_down 11 visibility4446

Elçin Səfəralı oğlu Babayev Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

Hürriyət Azərbaycan ONA-a istinadən məlumat verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Atası Səfəralı Babayev AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent E.Babayev həm də Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər direktor müavinidir.

Xatırladaq ki, BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də işdən azad olunub. BDU-nun rektor əvəzi isə təhsil nazirinin müavini Firudin Qurbanov idi.

Xəbərlər

Qar uçqununa düşən hərbçilərin axtarışı davam etdirilir

Qar uçqununa düşən h...

access_time11 saat əvvəl
Bakıda yanan evdə 84 yaşlı kişinin meyiti tapılıb

Bakıda yanan evdə 84...

access_time13 saat əvvəl
 ŞOK XƏBƏRDARLIQ: Gələn həftə dəhşətli zəlzələ gözlənilir

ŞOK XƏBƏRDARLIQ: Gə...

access_time1 gün əvvəl
zoom_in zoom_out