Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

person access_time 2 ay əvvəl
thumb_up 768 thumb_down 12 visibility5506

Martın 9-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq

Qərb küləyi gündüz əsasən dağlıq rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti təşkil edəcək.

Xəbərlər

Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb

Bakıda qadının çanta...

access_time1 gün əvvəl
İstirahət günü hava necə olacaq?

İstirahət günü hava ...

access_time1 gün əvvəl
Laçınsız 27 il…

Laçınsız 27 il…...

access_time1 gün əvvəl
zoom_in zoom_out