Sürücülərin diqqətinə: Bu yolda təmir işləri aparılır

Sürücülərin diqqətinə: Bu yolda təmir işləri aparılır

Sürücülərin diqqətinə: Bu yolda təmir işləri aparılır

person access_time 2 həftə əvvəl
thumb_up 342 thumb_down 10 visibility4374

“Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda təmir-bərpa işləri davam etdirilir.

Avtomobil Yolları Dövlət Agentliyindənverilən məlumata görə, təmir-bərpa işləri sözügedən yolun təqribən 350 metrlik ərazisini əhatə edir. Bu ərazidə yolun hərəkət hissəsində deformasiya və çatlar müşahidə olunurdu.

Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Aparılan işlər bu maneənin aradan qaldırılmasına yönəlib.

İşlər çərçivəsində sözügedən hissədə yararsız qrunt qazılaraq çıxarılır, əks dolğu işləri görülərək kipləşdirilir. Torpaq işləri bitəndən sonra yola yeni asfalt-beton örtüyü döşənəcək. Bundan başqa səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu yeni dəmir-beton küvetlər inşa ediləcək.

Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa Dövlət agentliyinin rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur..yenicag

  •  

Xəbərlər

Qar uçqununa düşən hərbçilərin axtarışı davam etdirilir

Qar uçqununa düşən h...

access_time11 saat əvvəl
Bakıda yanan evdə 84 yaşlı kişinin meyiti tapılıb

Bakıda yanan evdə 84...

access_time13 saat əvvəl
 ŞOK XƏBƏRDARLIQ: Gələn həftə dəhşətli zəlzələ gözlənilir

ŞOK XƏBƏRDARLIQ: Gə...

access_time1 gün əvvəl
zoom_in zoom_out