ABŞ-ın yeni səfiri bu axşam Azərbaycana gəlir

ABŞ-ın yeni səfiri bu axşam Azərbaycana gəlir

ABŞ-ın yeni səfiri bu axşam Azərbaycana gəlir

person access_time 2 ay əvvəl
thumb_up 434 thumb_down 8 visibility4940

"Bizim ölkələrimiz 25 ildir ki, təhlükəsizlik, enerji, iqtisadi artım və demokratik inkişaf kimi vacib sahələrdə əməkdaşlıq edir"

ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger bu gün axşam saatlarında Bakıya gələcək. Hürriyət Azərbaycan Eurasia Diary istinadən xəbər verir ki, amerikalı diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq. 

Qeyd edək ki, ötən gün ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Li Litzenberger bildirib ki, ABŞ-ın Azərbaycandakı yeni səfiri olmağımdan şərəf duyur: "Diplomat kimi xidmət göstərdiyim 34 il ərzində Əfqanıstan, Əlcəzair, Belçika, Bolqarıstan, Fransa, Gürcüstan, Qırğızıstan və Serbiyada çalışmışam. İndi isə mən Azərbaycan gəlməyimdən məmnunam".

O qeyd edib ki, ABŞ-la Azərbaycanı güclü əlaqələr bağlayır: "Bizim ölkələrimiz 25 ildir ki, təhlükəsizlik, enerji, iqtisadi artım və demokratik inkişaf kimi vacib sahələrdə əməkdaşlıq edir. Səfir kimi çalışaraq ikitərəfli münasibətlərimizin bütün aspektlərini gücləndirməyə və yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə çalışacağam.

"Bizim ölkələrimizin insanları arasında olan əlaqələr güclüdür. Mən müxtəlif insanlarla görüşərək onların fikirlərini dinləmək niyyətindəyəm. Həyat yoldaşım Merian mənimlə Azərbaycana gələcək və biz sizinlə ünsiyyəti, Azərbaycanın zəngin mədəniyyəti və gözəl təbiəti ilə tanış olmağımızı gözləyirik" - deyə o bildirib.

Səfir Li Litzenbergerin sələfi Robert Sekuta Azərbaycandakı diplomatik missiyasını ötən il mart aylında başa vurmuşdu. 

Xəbərlər

İham Əliyev Radek Vondraçeki qəbul etdi - Yeniləndi

İham Əliyev Radek Vo...

access_time3 gün əvvəl
Elmar Məmmədyarov Fransaya səfərə gedib

Elmar Məmmədyarov Fr...

access_time3 gün əvvəl
İlham Əliyev israilli həmkarını təbrik etdi

İlham Əliyev israill...

access_time1 həftə əvvəl
zoom_in zoom_out