Qızılgüllər toxuyaraq satan əlillin pulları oğurlandı – FOTOLAR

Qızılgüllər toxuyaraq satan əlillin pulları oğurlandı – FOTOLAR

Qızılgüllər toxuyaraq satan əlillin pulları oğurlandı – FOTOLAR

person access_time 2 ay əvvəl
thumb_up 435 thumb_down 11 visibility6634

Qızılgüllər toxuyaraq satan və bu minvalla halal zəhməti ilə çörək pulu qazanan Elçin görmə qabiliyyətindən tamamən məhrumdur. O, dünya işığına həsrət qalsa da, kimsədən yardım gözləməyib, ağlayıb-sıtqamayıb. Elçin əlinin zəhməti hesabı ilə yaşamağa üstünlük verib.

Hürriyət Azərbaycan , milli.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə məşhur olan bu soydaşımızı görmə qabiliyyətləri olsa da, əslində mənəviyyatları və əxlaqları kor olan məxluqlar qarət ediblər. Elçinin ayda 100 manat ödəyib kirayədə qaldığı mənzilə soxulan canilər gözdən əlil zəhmətkeşin var-dövlətini – 800 manatını, qızıl üzüyünü və gümüş boyunbağısını aparıblar.

 

Elçin həmin 800 manatı aylarla toplamışdı. Gecələr yatmayıb toxuduğu qızılgülləri küləkdə, soyuqda küçədə duraraq satmış, min əziyyət bahasına manatı manat üstə qoymuşdu.

5 yaşında görmə qabiliyyəti zəifləmiş Elçin sonradan qlaukoma xəstəliyi səbəbindən dünya işığına tam həsrət qalıb. Ötən il onun gözlərində kəskin və dözülməz ağrılar başlayıb. Həkimlərə müraciət edən Elçinin istəyi ilə onun iki gözü də kəsilərək götürülüb.

Elçinə həyatının bu ağır dönəmində dəstək olmaq üçün 077- 332-27-27 nömrəsinə zəng vurub, ondan sadəcə, toxuduğu qızılgüllərdən birini almaq yetər.

Xəbərlər

Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb

Bakıda qadının çanta...

access_time1 gün əvvəl
İstirahət günü hava necə olacaq?

İstirahət günü hava ...

access_time1 gün əvvəl
Laçınsız 27 il…

Laçınsız 27 il…...

access_time1 gün əvvəl
zoom_in zoom_out