Rəsulzadənin nəvəsilə MÜSAHİBƏ - "Bu Rəsulzadəyə hörmətsizlikdir"

Rəsulzadənin nəvəsilə MÜSAHİBƏ -

Rəsulzadənin nəvəsilə MÜSAHİBƏ - "Bu Rəsulzadəyə hörmətsizlikdir"

person access_time 5 ay əvvəl
thumb_up 546 thumb_down 10 visibility6718

Hürriyət Azərbaycan xəbər verir ki, bu gün mart ayının 6-da ulu öndər, AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 64-cü ildönümüdür. Böyük şəxsiyyətin vəfatından öncəki son anları və adının əbədiləşdirilməsiylə bağlı məsələləri nəvəsi Rəis Rəsulzadə Eurasia Diary-ə verdiyi müsahibədə dəyərləndirdi.

rais rəsulzadə ile ilgili görsel sonucu

"Ardınca üç dəfə Azərbaycan dedikdən sonra əbədi olaraq gözlərini yumdu"

Məhəmməd Əmin bəyin vəfatından öncəki son anlarda yanında kimlər olub və sizdə bu barədə hansı məlumatlar var?

Rəsulzadənin son anlarında onun ən vəfalı dostları yanında olub. Hansı ki, onlar Məhəmməd Əmin bəylə birgə Milli Kültür Dərnəyini yaratmışdılar və uzun illər vətəndən ayrı azərbaycanın iqtiqlalı naminə birgə çalışırdılar. Onlardan biri də Məhəmməd Kəngərli olub. Kəngərlinin sözlərinə görə Rəsulzadə ömrünün son dövrlərində şəkər xəstəliyindən əziyyət çəkirmiş. Əslində ölümü də gözlənilməz olub. Şəkəri yüksələn Məhəmməd Əmin bəy komaya düşüb və günlərlə komada qalıb. Kəngərli sonradan xatirələrində yazır ki, “Rəsulzadə komada olarkən, ölümünə dəqiqələr qalmış onun üzündə müəyyən dəyişikliklər yarandı, üzü ağappaq oldu. Elə hesab edirdik ki, o ayılır, özünə gəlir. Ardınca üç dəfə Azərbaycan dedikdən sonra əbədi olaraq gözlərini yumdu.

məhəmməd kəngərli ile ilgili görsel sonucu

 

"Onun ən böyük qayəsi Azərbaycanın azadlığı və istiqlalı idi"

Rəsulzadə bu gün sağ olsaydı sizcə, özünü tam olaraq məqsədlərinə çatmış kimi hiss edərdimi?

Əlbəttə ki, o sağlığında da bir çox məqsədlərinə çatmışdı. Onun ən böyük qayəsi Azərbaycanın azadlığı və istiqlalı idi. O məhz bunu reallaşdırdı, Azərbaycan adlı dövləti formalaşdırdı. Stalin Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Məhəmməd Əmin Rəsulzadədən soruşur ki, “Siz bu qədər çalışdınız, vuruşdunuz, bəs nəyə nail oldunuz? Rəsulzadə belə cavab verir: “Hər halda xalqımıza azadlığı daddıra bildik. Biz müstəqil olduq və xalqımız heç vaxt bunu unutmayacaq”. Rəsulzadə bütün ömrünü dövlətinə və millətinə həsr etdi. Bu gün də sağ olsaydı ömrünün, zəhmətinin hədər getmədiyini, sayəsində Azərbaycanın azad və müstəqil olduğunu görəcəkdi. Bu gün Azərbaycan dövləti hələ də Rəsulzadə prinsipləri əsasında fəaliyyət göstərir. Azərbaycan konstitusiyasının bir çox maddələri Rəsulzadənin nəzəriyyəsi əsasında tərtib edilib. Ən əsası isə, Rəsulzadə bu dövlətin qurucusudur. Bir liderə müstəqil dövlət yaratmaqdan daha böyük hansı uğur nəsib ola bilər ki?

 

"72 illik Sovet əsarəti belə bu xalqa Rəsulzadənin adını unutdura bilmədi"

Bu gün Məhəmməd Əmin Rəsulzadənin adının əbədiləşdirilməsi üçün görülən  işləri necə dəyərləndirirsiniz?

Əvvəla, onu deyim ki, 72 illik Sovet əsarəti belə bu xalqa Rəsulzadənin adını unutdura bilmədi. O dövrdə yaşayanlar bilir ki, durmadan tarix dəsrlərində Şaumyanın, Stalinin, Leninin, Kirovun və digərlərinin adları “böyük liderlər” kimi xalqa çatdırılırdı. Sanki heç Cumhuriyyət dövrü yaşanmamış, sanki Rəsulzadə, Xoyski kimi şəxsiyyətlər dünyaya göz açmamış kimi onların adlarını tarixdən silməyə çalışırdılar. Ancaq buna nail ola bilmədilər. Ona görə də başda Məhəmməd Əmin bəy olmaqla bütün AXC qurucularının adları xalq üçün onsuz da əbədidir.

Ancaq bununla belə Heydər Əliyevin onu dəfələrlə Azərbaycan dövlətinin banisi olaraq göstərməri, anım tədbirlərinin keçirilməsi, İlham Əliyevin Rəsulzadənin 130-cu ildönümüylə bağlı fərman qəbul etməsi Rəsulzadənin adının əbədiləşdirilməsi üçün görülən uğurlu işlərdir. Həmçinin, Cumhuriyyətin 100-cü ildönümüylə bağlı nəşr edilən kitablar və dərgilərdə Rəsulzadə haqqında yeni və ətraflı məlumatların yer alması, Nəsiman Yaqublu və Şirməmməd Hüseynov kimi tarixçilərin onun fəaliyyəti haqqında geniş həcmli kitablar nəşr etməsini çox müsbət qiymətləndirirəm.

 

"Xahiş edərdim ki, ya o büstü qoysunlar, ya da o lövhəni yığışdırsınlar"

Lakin məni bu soyadın daşıyıcısı olaraq narahat edən bəzi savadsız və dar düşüncəli insanların bilib-bilmədən onu “tənqid etməsi”, Rəsulzadə haqqında ətraflı məlumatı olmadan onun haqqında fikirlər səsləndirmələridir. Düşünürəm ki, dövlətimiz bu cür tarixi şəxsiyyətlərin adlarının toxunulmazlığını təmin etməlidir. Mənim dövlətimizdən bir xahişim də Bakı Dövlət Universitetilə bağlıdır. BDU-da bildiyiniz kimi bir neçə il əvvəl bir yazılı lövhə qoyulub və üzərində “Burada Məhəmməd Əmin Rəsulzadəyə büst qoyulacaq” yazılıb. Ancaq illərdir nə büst qoyulur nə də lövhə götürülür. Düşünürəm ki, bu Rəsulzadəyə hörmətsizlikdir. Xahiş edərdim ki, ya o büstü qoysunlar, ya da o lövhəni yığışdırsınlar. 

BDU-da Rəsulzadənin büstü ile ilgili görsel sonucu

 

"Bu Rəsulzadəyə haqsızlıq olar"

Prezidentin mədəniyyət və incəsənət xadimlərilə görüşü zamanı bəzi incəsənət xadimləri H.Z. Tağıyev, C. Məmmədquluzadə və digər tarixi şəxsiyyətlərin Bakıda heykəllərinin ucaldılmasını prezidentdən xahiş etdilər. Bu fonda Məhəmməd Əmin Rəsulzadəyə şəhərin mərkəzində bir heykəlin ucaldılmasını istərdinizmi?

Belə düşünürəm ki, bunu Azərbaycanda istəməyən yoxdur. Bu arada prezidentlə mədəniyyət xadimlərinin görüşü çox maraqlı və uğurlu görüş idi. Şəxsiyyətinə və sənətinə çox hörmət etdiyim bir çox insanlar orada idi. Təbii ki, Tağıyev və digər şəxsiyyətlər çox böyük işlər görüb. Ancaq mən təəssüf edirəm ki, orada bir incənət xadimi dövlətimizin qurucusunun heykəlinin ucaldılmasını təklif etmədi. Tağıyevin heykəli ilə bağlı təklifi də müsbət qiymətləndirirəm. Ancaq Kukla teatrı ilə üzbəüz Tağıyevə heykəl ucaltmaq ideyası Rəsulzadəyə edilmiş hörmətsizlikdir.  Çünki orada illər əvvəl Rəsulzadəyə heykəl qoyulacaqdı. Belə bir fikir var idi, hətta heykəl də hazırlanırdı. Sonradan bu fikirdən daşınıldı.  Ora Rəsulzadə küçəsidir. Düşünürəm ki, məhz orada Rəsulzadənin heykəli ucaldılmalıdır. Əks halda bu Rəzuldayədə haqsızlıq olar.

 

"Düşünürəm ki, bu tale məsələsidir"

Rəsulzadənin vəfatının hər ildönümündə müxtəlif dairələrdən məzarının Ankaradan Bakıya gətirilməsi məsələsi gündəmə gəlir. Bu məsələyə münasibətiniz necədir?

Düşünürəm ki, bu tale məsələsidir. Onun qəbri Ankaradadır, Topçubaşovun məzarı Parisdədir, Xoyskinin Tiflisdə. Onlar Azərbaycandan kənarda vəfat ediblər və Sovet dövründə onların nəinki məzarının gətirilməsi, heç adının çəkilməsinə imkan verilməyib. İndi 64 il sonra babamın məzarının Bakıya gətirilməsi bilmirəm necə mümkün olar. Bunun Türkiyə tərəfi də var, hüquqi və diplomatik prosedurlar mövcuddur. Təbii ki, bir də dini tərəfi var. Ancaq belə bir niyyət, istək olsa şübhəsiz, heç kim, o cümlədən də mən bunu mənfi qarşılamaram.

məmməd əmin rəsulzadənin məzarı ile ilgili görsel sonucu

 

Nicat İsmayılov

Xəbərlər

Mikravtobus yük maşını ilə toqquşdu - 7 ölü, 9 yaralı

Mikravtobus yük maşı...

access_time29 dəqiqə əvvəl
Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatır - Son gün

Peşə Təhsil Mərkəzin...

access_time30 dəqiqə əvvəl
Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatır - Son gün

Peşə Təhsil Mərkəzin...

access_time1 saat əvvəl
zoom_in zoom_out