Çempionlar liqasında 1/8 final həyəcanı davam edir - GECƏNİN OYUNLARI

Çempionlar liqasında 1/8 final həyəcanı davam edir - GECƏNİN OYUNLARI

Çempionlar liqasında 1/8 final həyəcanı davam edir - GECƏNİN OYUNLARI

person access_time 5 ay əvvəl
thumb_up 768 thumb_down 14 visibility6612

UEFA Çempionlar Liqasında 1/8 final oyunlarına PSG (Fransa)-Mançester Yunayted (İngiltərə), Porto (Portuqaliya)-Roma (İtaliya) matçları ilə start veriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

İlk oyunda səfərdə 2-0 hesablı qələbə qazanan PSG Park-de-Prens-də "Qırmızı şeytanlar"ı qəbul edəcək. Paris klubunun heyətində Neymar zədə səbəbilə oyunu buraxacaq. Kavani və Nsokinin isə meydana çıxıb-çıxmayacağı sual altındadır. İngilislərin heyətində isə zədəli sayı daha çoxdur. 8 oyunçu (A.Valensiya, Cons, Mata, C.Linqard, Matiç, Aleksis Sançez, Martial, Ander Herrera) zədə səbəbilə vacib görüşdə iştirak edə bilməyəcəklər. Qeyd edək ki, Pol Poqba cəzalı olduğu üçün oyunu buraxacaq. Bununla belə, Mançester klubunun baş məşqçisi Ole Gunnar Solskjaer oyundan əvvəl keçirilən mətbuat konfransında inamlı danışıb:"Hər şey ola bilər. Bizim ilk qolu vurmağa ehtiyacımız var. Əlimizdən gələni edəcəyik". Öz növbəsində Paris klubunun baş məşqçisi Tomas Tuxel oyun haqqında öz fikirlərini bildirib:"Biz ilk oyunun nəticəsini unutmalıyıq. Bizim oyun prinsiplərimiz olduğu kimi qalır. Daim inkişaf etmək üçün mübarizə aparmalıyıq."

Estadio Dragaoda keçiriləcək oyunda isə ilk oyunda evdə 2-1 hesabı ilə rəqibindən üstün olan "Roma" səfərdə münasibətlərə aydınlıq gətirəcək. "Porto" klubunun heyətində zədəli futbolçu yoxdur, "Roma"da isə aparıcı oyunçu Cengiz Ünder zədə səbəbilə oyunu buraxacaq, ilk oyunda iki qol vuran Zaniolo əsas heyətdə olması sual altındadır. Portuqaliya klubu sonuncu dəfə 2014-2015 mövsümündə 1/4 finala çıxmağı bacarıb. 

Xatırladaq ki, Fransada keçiriləcək oyunda baş hakim Sloveniyalı Damir Skomina, Portuqaliyada keçiriləcək oyunda baş hakim Türkiyəli Cüneyt Çakır olacaq.

 

Xəbərlər

“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

“Qarabağ”ın oyununun...

access_time7 saat əvvəl
Nzonzi

Nzonzi "Qalatasarayd...

access_time2 gün əvvəl
Çempionlar Liqası: “Qarabağ” APOEL klubu ilə qarşılaşır - YENİLƏNDİ

Çempionlar Liqası: “...

access_time5 gün əvvəl
zoom_in zoom_out