Bakıda bu avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub

Bakıda bu avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub

Bakıda bu avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub

person access_time 1 həftə əvvəl
thumb_up 343 thumb_down 8 visibility3590

Bakıda 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub.

Hürriyət Azərbaycan -in məlumatına görə, “Xaliq Faiqoğlu” MMC-nin “Safcell” şirkəti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində 2 aylıq test mərhələsi uğurla başa çatıb və avtobuslarda pulsuz Wi-Fi xidmətinin qoşulmasına başlanılıb.

İlkin olaraq 18 saylı marşrut xətti üzrə hərəkət edən və Avro-5 standartlarına cavab verən avtobusların hamısı bu cihazlarla təmin edilib. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internet imkanından faydalana bilərlər. Belə ki, MMC-yə məxsus olan hər hansı avtobusda pulsuz Wi-Fi xidmətinə qoşulmuş şəxslər şirkətin istismarında olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.

Yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də Wi-Fi cihazları quraşdırılacaq./trend

Xəbərlər

Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binas...

access_time18 saat əvvəl
Azərbaycanda 8 bal gücündə zəlzələ olacaq? - Rəsmi açıqlama

Azərbaycanda 8 bal g...

access_time18 saat əvvəl

"Onu xilas etmək müm...

access_time18 saat əvvəl
zoom_in zoom_out