Leyla Şıxlinskayaya dəymiş ziyan ödənildi

Leyla Şıxlinskayaya dəymiş ziyan ödənildi

Leyla Şıxlinskayaya dəymiş ziyan ödənildi

person access_time 1 həftə əvvəl
thumb_up 539 thumb_down 11 visibility5959

Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən müəssisənin sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva və Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hürriyət Azərbaycan -in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə L.Şıxlinskayaya dəymiş 56 min manat ziyanın ödənildiyi bildirilib.

Sonra təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər.

Qeyd edək ki, prokuror Şəhla Abbasovanın doqquz il, Yelena Abdullayevanın iki il, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyevanın isə beş il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmənin iclas zalında həbs olunmalarını istəyib.

Xatırladaq ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar.

Klinikanın sahibi, xalq artisti Leyla Şıxlinskaya onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb./trend

Xəbərlər

Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binas...

access_time19 saat əvvəl
Azərbaycanda 8 bal gücündə zəlzələ olacaq? - Rəsmi açıqlama

Azərbaycanda 8 bal g...

access_time19 saat əvvəl

"Onu xilas etmək müm...

access_time19 saat əvvəl
zoom_in zoom_out