Söyün Sadıqov Rusiyada həbs edildi

Söyün Sadıqov Rusiyada həbs edildi

Söyün Sadıqov Rusiyada həbs edildi

person access_time 1 həftə əvvəl
thumb_up 510 thumb_down 10 visibility5724

Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü olmuş Söyün Sadıqov Rostov vilayətində həbs edilib.

Hürriyət Azərbaycan azvision.az-a istinadən xəbər verir ki, o fırıldaqçılıqda ittiham olunur. Belə ki, Söyün Sadıqov biznesmenlərin birindən bir hektar torpaq və 100 milyon rubl tələb etməkdə günahlandırılır. Sadıqova qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Əgər günahı sübuta yetirilərsə o,10 ilə yaxın azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. İstintaq hesab edir ki, o, yoldaşları ilə birlikdə hədə-qorxu gələrək "Nebuq" şirkətindən pul və torpaq sahəsi tələb edib. Nəticədə şirkətin rəhbəri olan biznesmen polisə müraciət edib. Sadıqov şirkət rəhbərindən 5 milyon rubl aldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hazırda S.Sadıqov İstintaq Təcridxanasında məhkəmənin qərarını gözləyir.

Xəbərlər

Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq -

Amerikadakı yəhudi d...

access_time19 saat əvvəl
Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq -

Amerikadakı yəhudi d...

access_time21 saat əvvəl
Məhkəmə TANINMIŞ aparıcı haqqında qərar verdi -

Məhkəmə TANINMIŞ apa...

access_time1 gün əvvəl
zoom_in zoom_out