Yeni Dehlidə hoteldəki yanğında ölənlərin sayı 17-yə çatıb

Yeni Dehlidə hoteldəki yanğında ölənlərin sayı 17-yə çatıb
Hindistanın paytaxtı Yeni Dehlidəki "Arpit Palace" hotelində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Hürriyət Azərbaycan-in məlumatına görə, 34 nəfər xilas edilib, 3 nəfər isə xəsarət alıb. Yanğından xilas olmaq məqsədilə pəncərədən tullanan iki nəfər də ölüb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.
Bundan əvvəl 9 nəfərin həlak olduğu deyilirdi.
Polis ölənlərin əksəriyyətinin tüstüdən boğulduğunu bildirir