Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk yoxlama-məşqi keçirilib -FOTO

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk yoxlama-məşqi keçirilib

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk yoxlama-məşqi keçirilib -FOTO

person access_time 1 həftə əvvəl
thumb_up 768 thumb_down 13 visibility6815

Fevralın 11-də Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk yoxlama-məşqi keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından  verilən məlumata görə, yoxlama məşqi bütün yarış formatını əhatə edərək ilk olaraq açılış mərasimindən başlayıb. Daha sonra Azərbaycan təmsilçiləri ilə yanaşı, Polşa, Qazaxıstan və Gürcüstan komandalarının gimnastları öz proqramlarını təqdim ediblər.

Bu turnirin Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması gimnastların həyəcan və məsuliyyətini ikiqat artırır. Elə ona görə də yarışa qədər tam formada olmaq məqsədilə artıq bir çox ölkələrin idmançıları arenadakı təlim-məşqlərinə start veriblər.

Bakıda 16-17 fevral tarixlərində keçiriləcək yarışlarda ümumilikdə 30 ölkə iştirak edəcək.

Qeyd edək ki, ötən il Sankt-Peterburqda (Rusiya) baş tutmuş batut gimnastikası üzrə dünya çempionatında 33 ölkənin təmsilçiləri mübarizə aparmışdı. Ölkələrin və titullu gimnastların sayı isə öz növbəsində rəqabətin və Kubokun statusunun yüksək olacağını artıq müəyyənləşdirir./trend

 

Xəbərlər

"Real"ın ulduz futbo...

access_time19 saat əvvəl

"Real"ın ulduz futbo...

access_time19 saat əvvəl
Sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatının 7 çəkidə medalçıları müəyyənləşib

Sərbəst və yunan-Rom...

access_time20 saat əvvəl
zoom_in zoom_out