Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edilib

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edilib

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edilib

person access_time 1 həftə əvvəl
thumb_up 342 thumb_down 13 visibility3440

Fevralın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

Baş İdarədən verilən məlumata görə, tədbiri Mədəniyyət evinin direktoru Cabbar Süleymanov açaraq böyük sənətkarın həyat və yaradıcılığı barədə məlumat verib.

Sonra yazıçı, dramaturq Arzu Hacızadə “Cəlil Məmmədquluzadənin satirasının demokratik məzmunda inkişaf yolları” mövzusunda çıxışında C.Məmmədquluzadənin dram və əsərlərinin özündə milli, ümumbəşər dəyərlərini əks etdirməsindən və “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda və eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyması haqqında danışıb.

Sonda Cəlil Məmmədquluzadənin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim edilib../trend

Xəbərlər

Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb (FOTO)

Xalq şairi Bəxtiyar ...

access_time6 gün əvvəl
Azərbaycanın Xalq rəssamı Altay Hacıyev vəfat edib

Azərbaycanın Xalq rə...

access_time1 həftə əvvəl
Bakıda türkmən xalçaları və zərgərlik məmulatları nümayiş olunacaq

Bakıda türkmən xalça...

access_time1 həftə əvvəl
zoom_in zoom_out