2018-ci ildə dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb

2018-ci ildə dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb

2018-ci ildə dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb

person access_time 1 həftə əvvəl
thumb_up 398 thumb_down 13 visibility5964

Ötən il ərzində Sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 64 patent qeydiyyata alınıb.

Hürriyət Azərbaycan--in məlumatına görə, bu məlumat "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusunda konfransda açıqlanıb.

Məlumata görə, patentlərdən 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1-i xarici hüquqi şəxslərə məxsusdur. Sənaye müəssisələrinə dair 24 patent qeydiyyata alınıb. Onlardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur.

Həmçinin müvafiq dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb ki, onlardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 12 şəhadətnamə milli hüquqi şəxsin adına qeydiyyata alınıb.

Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 246, şəhadətnamələrin qüvvədə olma müddətinin uzadılması barədə 586, əmtəə nişanlarına dair 270 və patentlərə dair dəyişikliklər edilməsi haqqında 5 bildiriş qeydiyyata alınıb, 11 dublikat, 38 çıxarış verilib, 670 bildiriş göndərilib./trend

Xəbərlər

Elmar Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə görüşüb -

Elmar Məmmədyarov Av...

access_time1 gün əvvəl
ABŞ-ın Skokie şəhərində 26 fevral Xocalı Faciəsinin Anım Günü elan edilib

ABŞ-ın Skokie şəhəri...

access_time2 gün əvvəl
Deputatlar bu gün 27 məsələ üçün toplaşır

Deputatlar bu gün 27...

access_time2 gün əvvəl
zoom_in zoom_out