Atası da çempion oldu, balası da - Bir həftədə

Atası da çempion oldu, balası da - Bir həftədə

Atası da çempion oldu, balası da - Bir həftədə

person access_time 1 həftə əvvəl
thumb_up 546 thumb_down 14 visibility3434

“Qəbələ” İdman Klubunun idmançısı Bəxtiyar Abbasov növbəti uğuruna imza atıb.

Hürriyət Azərbaycan xəbər verir ki, idmançı Azərbaycan çempionatında fərqlənib. O, qüvvəsini 90 kq çəki dərəcəsində sınayıb. Abbasov yarışda keçirdiyi bütün qarşılaşmalarda rəqiblərinə qalib gəlib. Samboçu çempion adına yiyələnərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bir həftə ərzində Abbasovlar ailəsində daha bir çempionluq sevinci yaşanıb.

Belə ki, Bəxtiyarın oğlu Mehdi Abbasov Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Uşaq-Gənclər İdman Məktəblərinin açıq turnirinin qalibi olub. 46 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu hamıdan güclü olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Bəxtiyar Abbasov kimi, oğlu Mehdi Abbasov da “Qəbələ” İdman Klubunun üzvüdür.

Xəbərlər

"Real"ın ulduz futbo...

access_time19 saat əvvəl

"Real"ın ulduz futbo...

access_time19 saat əvvəl
Sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatının 7 çəkidə medalçıları müəyyənləşib

Sərbəst və yunan-Rom...

access_time20 saat əvvəl
zoom_in zoom_out