Ermənistanın Müdafiə Nazirliyini ifşa edən ölüm faktı

Ermənistanın Müdafiə Nazirliyini ifşa edən ölüm faktı

Ermənistanın Müdafiə Nazirliyini ifşa edən ölüm faktı

person access_time 1 həftə əvvəl
thumb_up 342 thumb_down 13 visibility3434

Ermənistan ordusunun hərbi qulluqçusu Edqar Qriqoryanın ölümü rəsmi qurumlar tərəfindən gizlədilib.

Hürriyət Azərbaycan azvision.az-a istinadən xəbər verir ki, yeni il gecəsi, saat 4-də döyüş postunda ağır güllə yarası alan Qriqoryan ölümcül vəziyyətdə hərbi hospitala yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, erməni hərbçi səhər saat 8 radələrində keçinib.

Məlum hadisə Ermənistanın Müdafiə Nazirliyi tərəfindən gizlədilib və bu haqda heç bir məlumat verilməyib. Məsələnin ictimailəşməsindən sonra işğalçı ölkənin Müdafiə Nazirliyi açıqlama vermək məcburiyyətində qalıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook" səhifəsində yazıb: “Müddətli xidmət hərbçisi Edqar Qriqoryanın yeni il gecəsi ölümü barədə məlumat dərc edilməyib, lakin bununla birlikdə gizlədilməyib”.

Müdafiə nazirinin müavini Qabriel Balayan isə deyib ki, istintaqa mane olmamaq üçün hərbi qulluqçunun ölümü barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, bu, Ermənistan ordusunda ölüm hallarının gizlədilməsinə dair ilk fakt deyil. Dəfələrlə erməni əsgər və zabitlərin ölümü barədə xəbərlər ictimaiyyətdən gizlədilib.

Xəbərlər

Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq -

Amerikadakı yəhudi d...

access_time19 saat əvvəl
Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq -

Amerikadakı yəhudi d...

access_time21 saat əvvəl
Məhkəmə TANINMIŞ aparıcı haqqında qərar verdi -

Məhkəmə TANINMIŞ apa...

access_time1 gün əvvəl
zoom_in zoom_out