Azərbaycan istehsallı “Khazar” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək

Azərbaycan istehsallı “Khazar” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək

Azərbaycan istehsallı “Khazar” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək

person access_time 1 həftə əvvəl
thumb_up 768 thumb_down 12 visibility5541

Azərbaycanda istehsal edilən “Khazar” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək.

Hürriyət Azərbaycan-ın məlumatına görə, bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib.

E.Axundov deyib ki, avtomobillərin ilk ixracı bu ilin ortalarında başlayacaq və ilkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulur.

İdarə Heyətinin sədrinin məlumatına görə, avtomobil zavodunda bu günə qədər təxminən 1250-yə yaxın avtomobil istehsal olunaraq satılıb: "Ötən il ərzində istehsal olunan “Khazar” avtomobillərinin 40 faizi dövlət qurumları, 60 faizi isə əhali tərəfindən alınıb. Satılan avtomobillərin 25-30 faizi kreditlə, digərlərinin isə nağd yolla satışı həyata keçirilib. Həmçinin bu il zavodda 3000 avtomobilin istehsalı planlaşdırılır".

Xatırladaq ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir.

Xəbərlər

TAP layihəsi 85 faizdən çox icra olunub

TAP layihəsi 85 faiz...

access_time18 saat əvvəl

"Bu il Məşvərət Şura...

access_time21 saat əvvəl
Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin ...

access_time21 saat əvvəl
zoom_in zoom_out