Nazir: Yeni açılan avtomobil zavoduna 8 milyon manat sərmayə yatırılacaq

Nazir: Yeni açılan avtomobil zavoduna 8 milyon manat sərmayə yatırılacaq

Nazir: Yeni açılan avtomobil zavoduna 8 milyon manat sərmayə yatırılacaq

person access_time 5 ay əvvəl
thumb_up 598 thumb_down 12 visibility5566

Hacıqabul Sənaye Məhəlləsində bu gün təməli qoyulan avtomobil zavoduna 8 milyon manat sərmayə yatırılacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib.

Ş.Mustafayev deyib ki, zavod Rusiya texnologiyalarına əsaslanacaq və növbəti ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulur: "Bir il ərzində müxtəlif təyinatlı 1000 ədəd avtomobil istehsal ediləcək. İstehsal olunmuş avtomobillərin yarısı Azərbaycanın daxili bazarında satılacaq, qalan hissəsi isə üçüncü ölkələrə ixrac olunacaq. Zavodun açılması sənaye sahəsində çox gözəl nümunədir və Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsinə töhfə verir”.

Xatırladaq ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir.

Xəbərlər

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bah...

access_time56 dəqiqə əvvəl
Manatın bu günə olan məzənnəsi

Manatın bu günə olan...

access_time58 dəqiqə əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya ...

access_time19 saat əvvəl
zoom_in zoom_out