İlham Əliyev minimum aylıq əməkhaqqını artırdı - SƏRƏNCAM

İlham Əliyev minimum aylıq əməkhaqqını artırdı - SƏRƏNCAM

İlham Əliyev minimum aylıq əməkhaqqını artırdı - SƏRƏNCAM

person access_time 1 həftə əvvəl
thumb_up 546 thumb_down 10 visibility3625

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Hürriyət Azərbaycan sərəncamda deyilir ki, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;

2.2. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2460) 1-ci hissəsi ləğv edilsin./yenicag

Xəbərlər

Elmar Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə görüşüb -

Elmar Məmmədyarov Av...

access_time1 gün əvvəl
ABŞ-ın Skokie şəhərində 26 fevral Xocalı Faciəsinin Anım Günü elan edilib

ABŞ-ın Skokie şəhəri...

access_time2 gün əvvəl
Deputatlar bu gün 27 məsələ üçün toplaşır

Deputatlar bu gün 27...

access_time2 gün əvvəl
zoom_in zoom_out