Pirallahıda yüksək keyfiyyətli dərman preparatlarının istehsalı planlaşdırılır

Pirallahıda yüksək keyfiyyətli dərman preparatlarının istehsalı planlaşdırılır

Pirallahıda yüksək keyfiyyətli dərman preparatlarının istehsalı planlaşdırılır

person access_time 1 həftə əvvəl
thumb_up 342 thumb_down 10 visibility3454

İran və Azərbaycan arasında əczaçılıq sahəsində imzalanan memorandumda müəyyən dəyişikliklər olub.

Hürriyət Azərbaycan -in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

C.Cahangirzadənin sözlərinə görə, dəyişikliyə səbəb əczaçılıq zavodunda 84 dərman preparatının istehsalı ilə əlaqədardır.

Səfir əlavə edib ki, ümumi istehsala, həmçinin topdansatışa görə də lisenziya verilməlidir: “Bununla əlaqədar Azərbaycanın müvafiq qurumları, o cümlədən Səhiyyə və İqtisadiyyat nazirliyi ilə lisenziya verilməsi üçün müzakirələr aparılmalıdır”.

Diplomatın sözlərinə görə, Azərbaycan yüksək keyfiyyətli dərman preparatlarının istehsal edilməsini istədiyi üçün bu, müəyyən vaxt tələb edir: “Tezliklə istehsalçı şirkətin rəsmiləri Azərbaycana səfər edəcək və dərman preparatlarının istehsalı ilə əlaqədar danışıqlar aparılacaq”.

Qeyd edək ki, 2017-ci ilin yanvarında Bakının Pirallahı rayonunda “Caspian Pharmed” Azərbaycan-İran birgə əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib./trend

Xəbərlər

Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binas...

access_time18 saat əvvəl
Azərbaycanda 8 bal gücündə zəlzələ olacaq? - Rəsmi açıqlama

Azərbaycanda 8 bal g...

access_time18 saat əvvəl

"Onu xilas etmək müm...

access_time18 saat əvvəl
zoom_in zoom_out