Məleykə Abbaszadədən sınaq imtahanlarının qiymətinin baha olmasına REAKSİYA

Məleykə Abbaszadədən sınaq imtahanlarının qiymətinin baha olmasına

Məleykə Abbaszadədən sınaq imtahanlarının qiymətinin baha olmasına REAKSİYA

person access_time 1 il əvvəl
thumb_up 768 thumb_down 15 visibility3585

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sınaq imtahanlarının qiymətinin baha olması ilə bağlı iddialara münasibət bildirib.

Hürriyət Azərbaycan-ın xəbərinə görə, o, bu fikirlərlə razı olmadığını deyib.

“İnsanlar hesab edirlər ki, bu qiymətlər yalnız imtahanda təqdim olunan kitabçanın kağızının qiymətidir. Amma elə deyil. İmtahan çox mürəkkəb elmi-metodiki prosesdir. İmtahan məzmununun hazırlanması, keçirilməsi, loqistik, təhlükəsizlik və s. məsələlərin hamısı vəsait tələb edir. Təəssüf ki, müəyyən insanlar bu prosesə çox sadə baxırlar”, – M.Abbaszadə vurğulayıb.

O əlavə edib ki, bəzi hazırlıq kursları DİM-in təşkil etdiyi sınaq imtahanlarına öz müəllimlərini, dinləyicilərini göndərirlər: “Onlar da imtahandan kitabçanı götürürlər və sonra həmin material əsasında intellektual məhsulumuzu istifadə edirlər. Nəticədə bəzi kurslar elmi işə heç bir vəsait sərf etmirlər”.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanının qiyməti 20 manatdır./Report/

Xəbərlər

Ceyhun Bayramov Xarici İşlər naziri təyin edildi

Ceyhun Bayramov Xari...

access_time2 həftə əvvəl
Prezident Elmar Məmmədyarovu işdən çıxardı

Prezident Elmar Məmm...

access_time2 həftə əvvəl
İlham Əliyevin çağırışına səs verən minlərlə gənc qeydiyyata alınır - RƏSMİ

İlham Əliyevin çağır...

access_time2 həftə əvvəl
zoom_in zoom_out