Ramiz Rövşən qıcıqlandırır...

Ramiz Rövşən qıcıqlandırır...

Ramiz Rövşən qıcıqlandırır...

person access_time 1 il əvvəl
thumb_up 432 thumb_down 6 visibility3588

Rəşad MəcidRamizin az qala bütün şeirlərini əzbər bilən dostum Nazim bir dəfə ərkyana giley bildirən təbəssümlə məndən soruşdu: - Şair niyə bizə "it-qurd" deyir?!Təəccübləndim. - Deyir ki: “Yazdığım söz mənim deyil, Hər itin-qurdun malıdı!” Mən də gülümsədim... Tikinti və daş işləriylə məşgul olan dostum Elxan da "şair bizi aşağılayıb" deyə gileylənir:- Çörəyin daşdan çıxırsa Qab-qacağı neynirsən?!Bir məclisdə yerin yoxsaQanacağı neynirsən?!Hərəyə bir cür dəyir şairin misraları! Lap elə "hərə bir cür gün qazanır" və ya " Dünya qəfil işıqlansa " deyəndə də... Yaxud tapmacavari "Bu qəbirdə bir dərd yatır , Baş daşı da qorxur ondan!" - deyib oxucunu diksindirir, o da şeirin məğzinə yanaşmaqdan qorxub qurcuxa-qurcuxa qalır! Amma resept də verir axı!!!Qalaların uçulanda, "sıxılmaqdan əlin şişib, dırnağın ovcunu deşəndə", hirsin - qəzəbin yumruğunda düyünlənib əsəbin şahə qalxdığı, infarktın - insultun bir addımlığında olduğun zamanda yol da göstərir axı!!!- Uçdu mən quran qalalar..Yaxşı ki, var gül balalar,Dedilər : "Ovcunda nə varGələk acaq yumruğunu?!"Deməli, Ramiz Rövşən hərəni bir cür qıcıqlandırır!Həm də hərəyə bir cür dəstək olur! Oxucularını, sevənlərini ərki və ərköyünlüyüylə, paxılları çox sevilməsiylə, qorxaqları cəsarətlylə, düşmənləri təmkiniylə, əlacsızları reseptiylə..Bir az eqositliyi də var, əlbəttə ... Dostumu hirsləndirən misraları görün necə tamamlayır: “Yazmadığım sözlər mənə Yazdığımdan vəfalıdı!” Ramiz yazmaqdıqlarını, gizlətdiklərini, üzə çıxarmadıqlarını daha vəfalı bilir! Məncə, əsl Şair Eqosudu bu!Bu Eqo isə keçmişdə və gələcəkdə yerini tutub yetərincə bərkidən, Sözündən tam mənada əmin sənətkarlarda olur!

Xəbərlər

Ceyhun Bayramov Xarici İşlər naziri təyin edildi

Ceyhun Bayramov Xari...

access_time2 həftə əvvəl
Prezident Elmar Məmmədyarovu işdən çıxardı

Prezident Elmar Məmm...

access_time2 həftə əvvəl
İlham Əliyevin çağırışına səs verən minlərlə gənc qeydiyyata alınır - RƏSMİ

İlham Əliyevin çağır...

access_time2 həftə əvvəl
zoom_in zoom_out