DİN-dən əməliyyat Evdən narkotik və qumbara tapıldı

DİN-dən əməliyyat

DİN-dən əməliyyat Evdən narkotik və qumbara tapıldı

person access_time 1 il əvvəl
thumb_up 769 thumb_down 10 visibility8924

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsdən narkotik, evindən isə qumbara aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Sərxan Çobanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana və güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Bakıxanov qəsəbəsindəki yaşadığı evdən “F-1” qumbarası da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər

“Kosmetoloq yanına getmədən 35 yaşına kimi baxımlı qala bilmək mümkündür”-Həkim kosmetoloq Nigar Rufat ilə müsahibə

“Kosmetoloq yanına g...

access_time1 gün əvvəl
Bakıda ekspres avtobus xətlərinin iş qrafiki dəyişdirildi

Bakıda ekspres avtob...

access_time1 gün əvvəl
Gəlinlər toylara icazə verilmədiyi üçün aksiya keçirdi

Gəlinlər toylara ica...

access_time1 gün əvvəl
zoom_in zoom_out