Gömrükdə əməliyyat - Külli miqdarda spirtli içki tutuldu

Gömrükdə əməliyyat -

Gömrükdə əməliyyat - Külli miqdarda spirtli içki tutuldu

person access_time 8 ay əvvəl
thumb_up 345 thumb_down 14 visibility4514

Avtomobildən xeyli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.

DGK-dan  bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə “Mersedes Benz” markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış spirtli içkilərin olması barədə məlumat daxil olub.

Məlumat əsasında yaradılmış müvafiq əməliyyat qrupu həmin nəqliyyat vasitəsini nəzarətə götürüb. Belə ki, keçirilmiş tədbir nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil Şəmkir rayonunun Düyərli kəndi ərazisində saxlanılıb. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün Tovuz gömrük postunun inzibati binasının həyətinə aparılıb.

Baxış zamanı avtomobilin yük yerində və salonunda sellofan bağlamalarda üzərində “Kremlin” yazılan 83 ədəd, üzərində “Beluga” yazılan 6 ədəd 0,7 litrlik, üzərində “Almaz” yazılan 6 ədəd 0,7 litrlik və üzərində “Rosi” yazılan 37 ədəd 0,7 litrlik şüşə qablarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb./yenicag

Xəbərlər

Dünya birjaları: Neftin qiyməti

Dünya birjaları: Nef...

access_time12 saat əvvəl
Dünya bazarlarında təbii qaz ucuzlaşdı

Dünya bazarlarında t...

access_time12 saat əvvəl
Dünya bazarlarında təbii qaz ucuzlaşdı

Dünya bazarlarında t...

access_time13 saat əvvəl
zoom_in zoom_out