Xalq artistinin səhhəti pisləşdi, İrana getdi: “Gördüm boğuluram”

Xalq artistinin səhhəti pisləşdi, İrana getdi:

Xalq artistinin səhhəti pisləşdi, İrana getdi: “Gördüm boğuluram”

person access_time 3 ay əvvəl
thumb_up 546 thumb_down 10 visibility3485

Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudbəylinin səhhətində problemlər yaranıb. Bir həftə öncə müayinə olunmaq üçün İrana gedən rejissor dünən Bakıya qayıdıb.

Hürriyət Azərbaycan açıqlama verən xalq artisti hazırda ev şəraitində həkim nəzarətində müalicəsini davam etdirdiyini bildirib:

“Film çəkilişlərində oldum. Gecə-gündüz dayanmadan davam edən çəkiliş səhhətimə təsir etdi. Bronxlarımda ciddi prloblemlər yarandı. Nəfəs ala bilmədim, gördüm boğuluram. Müayinə üçün İrana getdim. Qan analizləri verdim, müayinələrdən sonra həkimlər müalicə təyin etdi. Ürəyimdə də problemlərim var, bir yandan da təzyiq göz açmağa qoymur. Ev şəraitində həkim nəzarəti altında müalicəm davam edir. Yavaş-yavaş özümə gəlirəm”.

Xalq artisti müalicə xərclərini özü çəkdiyini bildirib:

“Dava-dərman, eləcə də həkimlərin xərcini özüm çəkdim. Heç kimə ağız açmamışam, heç indən belə də açmaram. Çünki mən özümə hörmət edən insanam. Xəstəliyim barədə danışmağı da xoşlamıram, israr etdiz, dedim”./yenicag

Xəbərlər

Xalq artisti Lütfəli Abdullayevin anadan olmasından 105 il ötür

Xalq artisti Lütfəli...

access_time13 saat əvvəl
Bakıda dörd şəxsiyyətə heykəl qoyulacaq

Bakıda dörd şəxsiyyə...

access_time2 həftə əvvəl
Beynəlxalq Muğam Mərkəzində 8 Marta həsr olunmuş konsert keçirilib

Beynəlxalq Muğam Mər...

access_time4 həftə əvvəl
zoom_in zoom_out