DİM sədrindən 11-ci sinif şagirdlərinə və valideynlərə MÜRACİƏT

DİM sədrindən 11-ci sinif şagirdlərinə və valideynlərə

DİM sədrindən 11-ci sinif şagirdlərinə və valideynlərə MÜRACİƏT

person access_time 6 ay əvvəl
thumb_up 442 thumb_down 16 visibility9975

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərə müraciət edib.

Hürriyət Azərbaycan -ın məlumatına görə, DİM sədri jurnalistlərə açıqlamasında deyib ki, o, müraciətində yeni növ imtahanlarla bağlı qurumun rəsmi saytından, “Abituriyent” jurnalından və Mərkəzin sosial şəbəkəsindən məlumat almağı tövsiyə edib:

“Yeni növ imtahanlar iştirakçılar üçün yeni olmayacaq. Onlar 11 ildir ki, yeni tədris mühitində işləyir. Yeni növ imtahanların keçirilməsi 11 il bundan əvvəl qəbul olunan qərarın nəticəsidir”.

M.Abbaszdə əvvəlki illərin məzunlarının yeni növ imtahanlarda iştirak məsələsinə də aydınlıq gətirib. “Hər il imtahanların əsas tərkib hissəsini həmin ilin məzunları təşkil edir. İştirakçıların 60 faizdən çoxu, müəyyən illərdə isə 70 faizə qədəri qəbul imtahanında iştirak edir. Əvvəlki illərin məzunları bu prosesə qatılmaq istəyirsə, həmin ilin tələblərinə uyğunlaşmalıdırlar. Onlar həm birinci mərhələdə (buraxılış imtahanı), həm də ikinci mərhələdə (qəbul imtahanı) iştirak etməlidirlər. Elə məzunlar var ki, onlar qabiliyyət tələb edən və ya orta ixtisas məktəblərinə, kolleclərə sənəd verirlər. Onlar üçün birinci mərhələdə iştirak etmək kifayətdir. Həmin ballarla qabiliyyət tələb edən ixtisaslara sənəd verə və ya orta ixtisas müəssisələrinə qəbul oluna bilərlər”./Trend/

Xəbərlər

Tunisdə 4 mindən çox miqrant saxlanılıb

Tunisdə 4 mindən çox...

access_time6 saat əvvəl
Məşhur aktyor həbs olundu – Zorakılıq qalmaqalı

Məşhur aktyor həbs o...

access_time8 saat əvvəl
Tramp Yaponiya lideri ilə danışdı: İran müzakirə edildi

Tramp Yaponiya lider...

access_time8 saat əvvəl
zoom_in zoom_out