Sumqayıtda dəhşətli qətl - Həmyerlisini döyüb öldürdü - FOTO

Sumqayıtda dəhşətli qətl -

Sumqayıtda dəhşətli qətl - Həmyerlisini döyüb öldürdü - FOTO

person access_time 1 həftə əvvəl
thumb_up 607 thumb_down 15 visibility7912

Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində yaşayan şəhər sakini Daşqın Hüseynov koma vəziyyətində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

DİN-dən verilən xəbərə görə, hadisə ilə bağlı Sumqayıt şəhər Polis idarəsinə məlumat daxil olan kimi D.Hüseynovun ölümünün səbəbləri araşdırılıb.

Araşdırma zamanı müəyyən edilib ki, mərhum yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə edib və döyülüb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Nərimanov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisə günü dünyasını dəyişən şəxslə arasında münaqişə baş verdiyini və onun baş nahiyəsinə küt alətlə xəsarət yetirdiyini bildirib.

Faktla əlaqədar şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

istinad:yenicag

Xəbərlər

Həmyerlimiz

Həmyerlimiz "Ən yaxş...

access_time9 saat əvvəl
Bakı şəhərinin yeni icra başçısı kimdir? -

Bakı şəhərinin yeni ...

access_time1 gün əvvəl
Abel Məhərrəmov rektor vəzifəsindən azad edildi - SƏRƏNCAM

Abel Məhərrəmov rekt...

access_time1 gün əvvəl
zoom_in zoom_out