Vyana ilə Moskva arasında casus qalmaqalı

Vyana ilə Moskva arasında casus

Vyana ilə Moskva arasında casus qalmaqalı

person access_time 1 həftə əvvəl
thumb_up 435 thumb_down 12 visibility3453

Rəsmi Vyana Avstriya ordusunun sabiq polkovnikinin Rusiyaya casusluq etməsilə bağlı vəziyyətə aydınlıq gətirməsi üçün Moskvadan şəffaf informasiya tələb edir.

Hürriyət Azərbaycan Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Avstriyanın baş naziri Sebastian Kurts jurnalistlərə açıqlamasında deyib. “İndi biz Rusiya tərəfindən şəffaf informasiya tələb edirik. Rusiyanın səfiri, daha doğrusu, hazırda Avstriyada olmadığından onun səlahiyyətlərini icra edən şəxs Xarici İşlər Nazirliyinə çağırılıb” – Kurts bildirib.Qeyd edək ki, Avstriya Silahlı Qüvvələrinin sabiq polkovniki 20 il ərzində Rusiyaya casusluq etməkdə şübhəli bilinərək həbs olunub. Avstriyanın Müdafiə Nazirliyi bəyan edib ki, casusluqla məşğul olaraq məlumatları Rusiyaya ötürən sabiq polkovnikin bu fəaliyyətinin üstünü hərbi əks-kəşfiyyat və beynəlxalq əməkdaşlıq sayəsində açmaq mümkün olub. Lakin Rusiyanın Avstriyadakı səfirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib. Avstriya KİV-lərinin məlumatına əsasən, casus polkovnik Avstriya hərbi hava qüvvələri, artilleriya sistemləri, ölkədəki miqrant böhranı, həmçinin, Avstriyanın yüksək rütbəli hərbçilərilə bağlı məlumat toplayaraq Moskvaya ötürməklə məşğul olub.

Xəbərlər

Artıq 10 ildən çoxdur ora heç kim ayaq basmır

Artıq 10 ildən çoxdu...

access_time9 saat əvvəl
İtən alpinistlərin cəsədləri bu halda tapıldı

İtən alpinistlərin c...

access_time9 saat əvvəl
İş adamı İstanbulda qətlə yetirildi

İş adamı İstanbulda ...

access_time1 gün əvvəl
zoom_in zoom_out