ABŞ-ın sanksiyaları İran xalqına qarşı müharibədir - BMT-dən bəyanat

ABŞ-ın sanksiyaları İran xalqına qarşı müharibədir

ABŞ-ın sanksiyaları İran xalqına qarşı müharibədir - BMT-dən bəyanat

person access_time 1 həftə əvvəl
thumb_up 549 thumb_down 14 visibility7639

"Əslində, İranın ticarət əlaqələrini iflic etməyə yönələn beynəlxalq sanksiyalar mülki əhaliyə qarşı iqtisadi müharibədir. Odur ki, belə iqtisadi embarqo dövründə əhalinin qorunması üçün tədbirlər görülməlidir".

Hürriyət Azərbaycan bildirir ki, Eurasia Diary “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri BMT-nin İnsan Hüquqları Şurasının Sanksiyaların insan haqlarına təsiri üzrə xüsusi məruzəçisi İdris Cəzayiri ABŞ tərəfindən İrana qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqini şərh edərkən səsləndirib.

O, ABŞ sanksiyalarının qüvvəyə minməsindən sonra istisna tətbiq ediləcəyi humanitar yüklərin və gündəlik istehlak mallarının da İrana gətirilməsində çətinliklərin olduğunu vurğulayıb.

Belə ki, sanksiyalarla bağlı bank, sığorta və nəqliyyat şirkətləri üçün əlavə razılıq mükəlləfiyyəti qoyulduğu üçün ərzaq məhsullarının və dərman preparatlarının çatdırılması yubadılır. Həmçinin bəzi İran banklarının beynəlxalq köçürmələr üçün SWIFT sisteminə girişinin bağlanması müəyyən məhsulların sanksiyalardan çıxarılmasını mənasızlaşdırır, çünki həmin məhsullar üçün ödəniş etmək mümkün deyil.

“Sanksiyaların kasıb zümrələr üzərində fəsadlar yaratmasından narahatam. İqtisadiyyat zərər çəkdikcə daha çox insan işini itirir. Dövlətlərin öz aralarında razılaşa bilməməsinə haqları var, amma sıravi insanların hüquqlarının pozulması dövlətə qarşı siyasi təzyiq aləti kimi istifadə oluna bilməz. Bu, insan hüquqları sahəsində beynəlxalq hüquq normaları baxımından qanunsuzdur”, - deyən BMT rəsmisi İrana ərzaq, dərman preparatı və başqa humanitar yüklərin maneəsiz çatdırılması üçün vasitəçilik təklifini də irəli sürüb.

Xəbərlər

Artıq 10 ildən çoxdur ora heç kim ayaq basmır

Artıq 10 ildən çoxdu...

access_time10 saat əvvəl
İtən alpinistlərin cəsədləri bu halda tapıldı

İtən alpinistlərin c...

access_time10 saat əvvəl
İş adamı İstanbulda qətlə yetirildi

İş adamı İstanbulda ...

access_time1 gün əvvəl
zoom_in zoom_out