"Türk Hava Yolları" yeni təyyarələr alır

"Türk Hava Yolları" yeni təyyarələr alır

person access_time 2 ay əvvəl
thumb_up 453 thumb_down 10 visibility6561

"Türk Hava Yolları" aviaşirkəti yeni təyyarələr sifariş edib.

Hürriyət Azərbaycan-ın Trendə istinadən məlumatına görə bunu, şirkətin satış direktoru Harun Baştürk deyib. H.Baştürkün sözlərinə görə, cari ildə 60 ədəd yeni təyyarə sifariş edilib:

“Sifariş edilən təyyarələrin bir qismi 2019-cu ildə təhvil veriləcək. Onlardan ən önəmliləri yeni “Dreamliner”, “Airbus 321” və “Boeing”lərdir. Sifariş olunan hava gəmilərinin hər biri yeni nəsil texnologiyalara cavab verir. Onlar həm iqtisadi, həm də sərnişindaşıma baxımından çox əlverişlidirlər”.

H.Baştürk bildirib ki, "Türk Hava Yolları" uçuş nöqtələrini də genişləndirmək niyyətindədir. Növbəti aylardan aviaşirkət Baliyə, Şarjaya və Mərakeşə uçuşlar həyata keçirəcək.

Xəbərlər

ABŞ NATO-dan çıxa bilər - Tramp qalmaqal yaratdı

ABŞ NATO-dan çıxa bi...

access_time15 saat əvvəl
Tramp Şimali Koreya liderinə məktub yazdı

Tramp Şimali Koreya ...

access_time15 saat əvvəl
Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 17-yə çatdı

Gürcüstanda “donuz q...

access_time16 saat əvvəl
zoom_in zoom_out