Səhiyyə Nazirliyinə 1,8 milyon manat ayrıldı

Səhiyyə Nazirliyinə 1,8 milyon manat ayrıldı

Səhiyyə Nazirliyinə 1,8 milyon manat ayrıldı

person access_time 1 həftə əvvəl
thumb_up 546 thumb_down 13 visibility7663

Prezident İlham Əliyev Azərbaycan Respublikasında səhiyyə sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Hürriyət Azərbaycan -ın məlumatına görə, sərəncamda bildirilir ki, səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərindəndir.

2004-2017-ci illər ərzində respublika ərazisində 600-dən çox səhiyyə müəssisəsi tikilmiş, əsaslı təmir olunub və müasir tibbi avadanlıqla təchiz edilib.

Respublika Talassemiya Mərkəzinin yeni nəsil sekvenləşdirmə sistemi ilə təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1,8 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb./yenicag

Xəbərlər

Həmyerlimiz

Həmyerlimiz "Ən yaxş...

access_time9 saat əvvəl
Bakı şəhərinin yeni icra başçısı kimdir? -

Bakı şəhərinin yeni ...

access_time1 gün əvvəl
Abel Məhərrəmov rektor vəzifəsindən azad edildi - SƏRƏNCAM

Abel Məhərrəmov rekt...

access_time1 gün əvvəl
zoom_in zoom_out