Beyləqan rayonunda top mərmisi tapıldı

Beyləqan rayonunda top mərmisi tapıldı

Beyləqan rayonunda top mərmisi tapıldı

person access_time 4 ay əvvəl
thumb_up 235 thumb_down 10 visibility6584

Beyləqan rayonunda top mərmisi tapılıb.

Bu barədə  Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Belə ki, noyabrın 8-i saat 11:07-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 76 mm-lik top mərmisi (OF-350) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb./yenicag

Xəbərlər

Gəncə-Bakı qatarının istiqamətində dəyişiklik edildi

Gəncə-Bakı qatarının...

access_time8 saat əvvəl
Axtarışda olan şəxs Balakəndə saxlanıldı

Axtarışda olan şəxs ...

access_time1 gün əvvəl
Qaradağda ev yandı

Qaradağda ev yandı...

access_time1 gün əvvəl
zoom_in zoom_out