Ermənistanda tətillər başlayıb: Fəhlələr bu ədalətsizliklərdən narazıdır

Ermənistanda tətillər başlayıb:

Ermənistanda tətillər başlayıb: Fəhlələr bu ədalətsizliklərdən narazıdır

person access_time 4 ay əvvəl
thumb_up 658 thumb_down 14 visibility7960

Ermənistanın Ararat şəhərində fəaliyyət göstərən qızıl emalı zavodunun işçiləri tətil elan ediblər.

Hürriyət Azərbaycan  xəbər verir ki, müəssisənin əməkdaşları məvaciblərinin aylarla gecikdirilməsindən, fəhlələrlə davranışdan narazıdırlar. Belə ki, zavodun təhlükəsizlik xidməti əvvəlcə qiymətli filizi gizlədir, sonra onu guya aşkar edərək mükafat alır, günahsız işçilər isə cəzalandırılırlar.

Fəhlələrin 13 saat işləmələrinə baxmayaraq, onlara 8 saat üçün əməkhaqqı ödənilir. Ermənistanda uzun müddətdir davam edən böhran ucqar kəndlərdə yaşayışı dözülməz edib. Xaçik kəndinin sakinləri də iqtisadi tənəzzülünün qurbanına çevriliblər. Sakinlərin sözlərinə görə, kredit təşkilatından birinə külli miqdarda borcları yaranıb. İki ilə yaxındır ki, götürdükləri pulu qaytara bilməyən kəndlilər çıxış yolunu hökumətə müraciətdə görüblər.

Vayotdzor vilayətinin sakinləri qubernatorluq binasının qarşısında toplaşıb etiraz ediblər. Etirazçılar bildirirlər ki, ətraf kəndlərdəki yüzlərlə ailə çörəksiz qalıb. Ərazidəki Amulsar qızıl mədənində çalışanlar sabit əməkhaqqına ümid edərək kredit götürüblər və nəticədə çıxılmaz vəziyyətə düşüblər. Vayotsdzor vilayətinin sərhədyanı Almalı yaşayış məntəqəsinin sakinləri də sosial problemlərdən şikayətçidirlər. Beş yüzdən çox sakini olan kənddə əsas iş yeri müqaviləli hərbi xidmətdir. Kəndin 50-dən artıq sakini müqavilə əsasında hərbi qulluqçu kimi xidmət edir. Almalıda bundan başqa iş yoxdur./Azertac/

Xəbərlər

Almaniyadan Rusiyanı qıcıqlandırcaq açıqlama - “NATO-nun keçmiş Yuqoslaviyanı bombalaması...

Almaniyadan Rusiyanı...

access_time7 saat əvvəl
Suriya İŞİD-dən azad edilib - Ağ Evdən açıqlama

Suriya İŞİD-dən azad...

access_time8 saat əvvəl
Hindistan baş nazirindən Pakistana - İnanılmaz təbrik

Hindistan baş naziri...

access_time8 saat əvvəl
zoom_in zoom_out