Leysan yağışlar cənub rayonlarında fəsadlar törətdi

Leysan yağışlar cənub rayonlarında fəsadlar törətdi

Leysan yağışlar cənub rayonlarında fəsadlar törətdi

person access_time 2 ay əvvəl
thumb_up 546 thumb_down 15 visibility7707

5-6 noyabr 2018-ci il tarixlərində gecə saatlarında respublikanın bəzi cənub rayonlarında yağan leysan xarakterli yağışlar nəticəsində Astaraçay çayında suyun səviyyəsi artıb, Astara rayonunun Rudəkənar kəndində bəzi ərazilər daşqın və yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb olunub.

Rayonun Rudəkanar kəndində həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 21 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində bəndbərkitmə işləri aparılır.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri bəndbərkitmə işlərinin aparıldığı ərazidə növbə çəkirlər./yenicag

Xəbərlər

Qanunsuz ov edən qrup saxlanıldı -

Qanunsuz ov edən qru...

access_time19 saat əvvəl
Cəlilabadda cinayət

Cəlilabadda cinayət ...

access_time1 gün əvvəl
Xızıda “Mercedes” kül oldu

Xızıda “Mercedes” kü...

access_time1 gün əvvəl
zoom_in zoom_out