Tovuzda qumbara tapıldı

Tovuzda qumbara tapıldı

Tovuzda qumbara tapıldı

person access_time 1 həftə əvvəl
thumb_up 657 thumb_down 10 visibility7719

Noyabrın 6-da saat 15:29-da Daxili İşlər Nazirliyinin “102-Zəng mərkəzi” xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə bir evə və həyətyanı sahəyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd F-1 əl qumbarası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Onun tapıldığı yerin ətrafında 1000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1–dən noyabrın 6-dək 5288 ədəd partlamamış hərbi sursat, bir ədəd silah, iki ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina və 73 kiloqram partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib, 396 min 703 kvadratmetr ərazi yoxlanılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

istinad:yenicag.az

Xəbərlər

Bərdədə istixana yaradılıb -

Bərdədə istixana yar...

access_time3 gün əvvəl
Şəkidə ev yandı

Şəkidə ev yandı...

access_time6 gün əvvəl
Qəbiristanlıqda oğurluq

Qəbiristanlıqda oğur...

access_time6 gün əvvəl
zoom_in zoom_out