Fransa prezidentinə qarşı sui-qəsd cəhdi - 6 həbs

Fransa prezidentinə qarşı sui-qəsd cəhdi -

Fransa prezidentinə qarşı sui-qəsd cəhdi - 6 həbs

person access_time 1 həftə əvvəl
thumb_up 982 thumb_down 14 visibility8764

Fransa Prezidenti Emmanuel Makrona qarşı sui-qəsd törətməyi planlaşdıran 6 nəfər tutulub.

Hürriyət Azərbaycan  xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Fransanın Təhlükəsizlik üzrə Baş İdarəsi yayıb. Xüsusi əməliyyatlar İzer, İl-Vilen və Mozel departamentlərində keçirilib.

Sui-qəsdi radikal qüvvələrin tərəfdarlarının planlaşdırdığı ehtimal olunur. Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bugünkü açıqlamasında Avropa Birliyi ordusu yaratmalıyıq sözlərini demişdi. O qeyd etmişdi ki, ABŞ, Rusiya və Çindən qorunmaq üçün Avropanın özünün kiber ordusu olmalıdır: “Əsl ümumavropa ordusu yaratmaq qərarına gəlməsək, avropalıları qoruya bilməyəcəyik. Özünü təkbaşına, ABŞ olmadan da qoruya bilən Avropaya sahib olmalıyıq”.

Xəbərlər

Artıq 10 ildən çoxdur ora heç kim ayaq basmır

Artıq 10 ildən çoxdu...

access_time10 saat əvvəl
İtən alpinistlərin cəsədləri bu halda tapıldı

İtən alpinistlərin c...

access_time10 saat əvvəl
İş adamı İstanbulda qətlə yetirildi

İş adamı İstanbulda ...

access_time1 gün əvvəl
zoom_in zoom_out